«Nant» yeni məşqçisini tanıdı
Klod Püell Fransanın milli futbol çempionatının elitasında çıxış edən «Nant» klubu ilə 3-illik müqavilə imzalayacaq. İdman.com.az saytının məlumatına görə, «Nant» ötən mövsümü 13-cü yerdə başa vurub. Klubu 13-cü tura qədər Erik Rua, daha sonra Rene Marsilya başçılıq edib.
Klod Püell «Monako», «Lill» və Lion «Olimpik»ini çalışdırıb. Onun rəhbərliyi ilə «Monako» Fransa çempionu olub, ölkə superkubokunu qazanıb. «Lill» və Lion «Olimpik»i ilə iki dəfə 2-ci və 3-c2 yerləri tutub.

Xəbər 1040 dəfə oxundu.