XIV Respublika spartakiadası çərçivəsində dama yarışlarının qalibləri müəyyənləşib
Orta ixtisas təhsil müəssisələri arasında XIV Respublika spartakiadası çərçivəsində dama yarışları keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında oğlanlar və qızlar arasında keçirilən yarışda, ümumilikdə 12 komanda iştirak edib.

Qızlar arasında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tutublar. İkinci və üçüncü yerləri Bakı İdarəetmə və Texnologiya və Bakı 2 nömrəli Baza Tibb kolleclərinin idmançıları tutublar.

Oğlanların yarışında isə ilk üç yerə Bakı 2 nömrəli Baza Tibb, Azərbaycan Dövlət Pedaqoji və Bakı İdarəetmə və Texnologiya kolleclərinin damaçıları sahib olublar.

Xəbər 656 dəfə oxundu.