Xəzər rayonunda məktəblilər arasında atletika üzrə yarış keçirilib
230 nömrəli tam orta məktəbin idman bazasında atletika üzrə məktəblilər arasında respublika çempionatının Xəzər rayon mərhələsi keçirilib.

Yarışda 26 nömrəli tam orta məktəbin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 181 nömrəli tam orta məktəbin şagirdləri yarışı ikinci, 322 nömrəli tam orta məktəbin komandası isə üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, yarış Gənclər və İdman, Təhsil nazirlikləri və Milli Olimpiya Komitəsi təşkilatçılığı ilə baş tutub.

Xəbər 758 dəfə oxundu.