Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayır
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayır.

İlk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə start verəcəklər.

Yığma komandamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib. Belə ki, Əfqan Xaşalov (57 kq) kubalı Reyneri Andreu Orteqa, Turan Bayramov (65 kq) Kanada güləşçisi Kristofer Morqan Misaak, Davud İbrahimov (70 kq) isveçrəli Mark Dietşe, Abubakr Abakarov (79 kq) isə Qırğızıstan təmsilçisi Atay İzabekov ilə qarşılaşacaq.

Xəbər 747 dəfə oxundu.