İnanılmaz tryuk
Norveçli snoubordçu Steyl Sandbeç rekordlar boğçasına daha birini əlavə edib. Xarici informasiya agentliklərinə istinadən İdman.com.az bildirir ki, o, «underflip 1260» adlandırdığı üçqat dövrə tryukunu yerinə yetirib. Norveçli idmançı etiraf edib ki, ona bu əməliyyatı yerinə yetirməyə daha çox Odd Rour Solerdin əməyinin məhsulu olan trampoin kömək edib. «Çox gözəl eniş oldu. Əla amplitud əldə etdim və buna görə də havada çox qaldım. Büutün şərait mənə tryuku elə ilk cəhddə uğurla başa vurmağa kömək etdi» deyən Sandbeç yaxın vaxtlarda daha bir rekord vəd edib.

Xəbər 2574 dəfə oxundu.