Rəsmilər Region Liqası qarşılaşmasını izləyib
Oktyabrın 27-də AFFA-nın təşkil etdiyi Region Liqasının 2019/2020-ci il mövsümünün birinci turu çərçivəsində Şamaxı Olimpiya İdman Kompleksinin meydanında “Şamaxı” və “İmişli” komandaları qarşılaşıb.

Təxminən 1000 nəfərə yaxın azarkeşin tribunadan seyr etdiyi qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov da izləyib.

Qarşılaşma 1:0 hesabı ilə “Şamaxı” komandasının xeyrinə yekunlaşıb.

Xəbər 664 dəfə oxundu.