Dünya çempionatında daha bir karateçimiz qüvvəsini sınayacaq
Çilinin paytaxtı Santyaqoda yeniyetmə və gənclərin Xl dünya çempionatı davam edir.

Çempionatın son günü komandamızın daha bir üzvü gücünü sınayacaq. İkiqat dünya ikincisi Fidan Teymurova (50 kq) daha bir titul qazanmaq uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, komandamızın aktivində 4 medal var. Belə ki, 16-18 yaşlı gənclərdən ibarət milli komandanın üzvləri Hüseyn Məmmədli (61 kq) gümüş, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) isə bürünc medala sahib olublar.

Xəbər 753 dəfə oxundu.