Ağır atletlərimiz Avropa birinciliyindəki çıxışlarına yekun vurublar
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.

Azsport.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Bu gün onlardan ikisi - Əliş Nəzərov və İsmayıl Qurbanov körpücük üzərinə qalxaraq Avropa birinciliyindəki çıxışlarımıza yekun vurublar.

Əliş Nəzərov yaşı 20-yə qədər olan atletlərin 109 kiloqram çəki dərəcəsində yarışıb. O, toplam 323 kiloqram (147+176) nəticə ilə 9-cu yeri tutub.

İsmayıl Qurbanov isə yaşı 20-yə qədər olan atletlərin +109 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 320 kiloqram (135+185) nəticə ilə 11-ci yeri tutub.

Xəbər 959 dəfə oxundu.