Final rəqibləri məlumdur
Türkiyə milli futbol çempionatının superliqasına yüksələcək sonuncu komandanı aşkarlamaq üçün cəmi bir oyun keçirmilməlidir. «idman.com.az»ın məlüumatına görə, superliqaya keçid pley-offunun yarımfinal mərhələsi artıq başa çatıb.
Son oyunlarda «Adanaspor» «Çaykur Rizəspor»u (3:1 və 1:0), «Qasımpaşa» isə «Konyaspor»u (2:0 və 4:0) məğlub edib.
Qalib komandalar öz aralarında cəmi bir oyun keçirəcəklər. Bitərəf meydanda baş tutacaq qarşılaşma mayın 27-ə təyin olunub.


Xəbər 1013 dəfə oxundu.