Cüdoçumuz Zelim Kotsoyev “Böyük dəbilqə” turnirinin finalına yüksəlib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Kotsoyev finala yüksəlib.

Turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Z.Kotsoyev bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə koreyalı Guham Cho ilə gücünü sınayacaq.

Komandamızın digər üzvü Uşangi Kokauri (100 kq-dan yuxarı) isə bürünc medal döyüşünə çıxacaq. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə ukraynalı Oleksandr Qordııenko ilə qarşılaşacaq.

Azərbaycan komandasının aktivində 1 medal var. Cüdoçumuz Orxan Səfərov (66 kq) turnirdə gümüş medal qazanıb.
“Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.


Xəbər 933 dəfə oxundu.