Braziliya-2014 təhlükə ilə üz-üzə
2014-cü ildə futbol üzrə Dünya Kubokuna ev sahibliyi edəcək Braziliyada hazırlıq işləri heç də qaydansınca getmir. Hökumət görülməli olan işlərin cəmi 5 faizini yerinə yetirib. «idman.com.az»ın AP-yə istinadən verdiyi məlumata əsasən, yarışın başlamasına 2 ildə yaxın vaxt qalmış infrastrukturla bağlı layihlərin 41 faizinə hələ start verilməlidir. Layihələrin 15 faizi isə hələ də kağız üzərindədir.
Buna baxmayaraq, ölkənin idman naziri Aldu Rebelu deyir ki, işlər plan üzrə icra olunur.

Təşkilatçılar qeyd edirlər ki, onlar hava limanlarının yenidən qurulması, yol-nəqliiyat infrastprukturu da nəzərə alınmaqla, 12 şəhərdə 101 layihəni həyata keçirməlidirlər. Onlardan 55-inin icrasına uğurla davam etdirilir. Yalnız 30 layiə üzrə hazırlıq işlərinə başlanmayıb.

Rebelu 2013-cuü ilin sonuna hazırlıq işlərinin 80 faiz yerinə yetiriləcyinə əmindir. O buna misal olaraq, vurğulayır ki, hava limanlarında işlərin 42 faizi artıq tamamlanıb. 12 şəhərdən 8-də stadionlarda hazırlıq işləriinin 50 faizi tamamlanıb.
Yalnız Natal, Kuyaba və Portu Aleqredə işlərin 25 faizi başa çatdırılıb.

Xəbər 1096 dəfə oxundu.