Şahmatçımız Kipr tunirinə qələbə ilə start verib
Kiprin Larnaka şəhərində şahmat üzrə beynəlxalq turnirin birinci turunun oyunları keçirilib.

Şahmatçımız Azər Mirzəyev kiprli idmançı İonut Uliniucu məğlub edərək aktivinə 1 xal yazdırıb. Təmsilçimiz növbəti turda Kipr komandasının digər üzvü Miçalis Florentiadeslə mübarizə aparacaq.

Yarışda 140 şahmatçı mübarizə aparır ki, onların da 12-si qrossmeysterdir.

Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.


Xəbər 734 dəfə oxundu.