Gənc karateçilərimiz dünya çempionatında 4 medal qazanıblar
Çilinin paytaxtı Santyaqoda keçirilən Xl dünya çempionatında gənc karateçilərimiz 4 medal qazanıblar.

16-18 yaşlı idmançıların yarışında milli komandamızın üzvləri Hüseyn Məmmədli (61 kq) gümüş, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) isə bürünc medala sahib olublar. Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (76 kq-dan yuxarı) və üç görüşünü qələbə ilə başa vuran Ayla Rzazadə (59 kq) yaxşı təsir bağışlasalar da, medalçılar sırasına düşə bilməyiblər.
Oktyabrın 26-da 21 yaşadək gənclərin yarışında Hümmət Baxşəliyev (67 kq) və Murad Hacızadə (84 kq-dan yuxarı) çıxış edəcəklər.

Turnirə oktyabrın 27-də yekun vurulacaq.

Xəbər 764 dəfə oxundu.