Futzal üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq
Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Slovakiya yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlayacaq və İdman TV-də canlı yayımlanacaq.

Görüşün baş hakimi çexiyalı Ondrej Çerny olacaq. Ona latviyalı İngus Puriņş və almaniyalı İnqo Heemsoth kömək edəcəklər.
Qeyd edək ki, millimiz Moldova yığmasını 3:1, Monteneqronu isə 3:2 hesabı ilə məğlub edərək dünya çempionatının elit raunduna vəsiqəni təmin edib.


Xəbər 715 dəfə oxundu.