Britaniyalı paraşütsüz tullanıb rekord vurdu
Britaniyalı kaskadyor Hari Konneri 730 metrdən paraşütsüz tullanaraq yeni dünya rekordu müəyyən edib. İdman.com.az Londonun «The Daily Mail»inə istinadən bildirir ki, 42 yaşlı macəraçı Oksfordşir qraflığında yerləşən kəndlərdən birinin üzərində helikopterdən tullanıb. Doğrudur, Mülki aviasiya itdarəsinin tələbəi ilə ehtiyat üçün onun belinə paraşüt bağlanıbmış. Lakin Konneri ondan istifadə etməyib. O, vyunqsyut adlanan xüsusi geyimdə olub. Özünün hazırladığı bu geyimin dizaynıv elədir ki, o, qanadların imitasiya edir. Onun havada sürəti 96,5 km/saat olub. Uçuş müddəti cəmi 1 dəqiqə təşkild edib.

Xəbər 1044 dəfə oxundu.