Türkiyə Superliqasının IX turuna start verilib
Oktyabrın 25-də futbol üzrə Türkiyə Superliqasının IX turunun ilk qarşılaşmasında "Rizəspor" doğma meydanda "Ankaragücü"nü qəbul edib.

"Çayjur Dide" stadionunda baş tutan görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 28-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Brayan Samudio açıb. Birinci hissə elə bu hesabla bitib 1:0. İkinci hissənin 60-cı dəqiqəsində Rizə təmsilçisi hesab arasındakı fərqi artırıb. Fernando Boldrin çərçivəni dəqiq nişan alıb. Bu oyunda vurulan son qol olub.

Beləliklə, "Rizəspor" doğma meydanda "Ankaragücü"nü 2:0 hesabı ilə məğlub edib.

Bu oyundan sonra "Rizəspor" turnir cədvəlində 11 xalla onuncu pillədə qərarlaşıb.

Oktyabrın 26-27-28-də keçiriləcək turun digər oyunları aşağıdakılardır.
"Sivasspor"-"Antalyaspor",
"Qaziantep"-"Alanyaspor",
"Fənərbağça"-"Konyaspor",
"Malatyaspor"-"Kayserispor",
"Gənclərbirliyi"-"Denizlispor",
"Göztəpə"-"Kasımpaşa",
"Beşiktaş"-"Qalatasaray",
"Başakşəhər"-"Trabzonspor".

AZƏRTAC


Xəbər 680 dəfə oxundu.