Monteneqro ilə oyun millimizin futzalçısı Bolinya üçün əlamətdar olub
Futzal üzrə dünya çempionatının Bakıda təşkil olunan əsas mərhələsi çərçivəsində Monteneqro ilə keçirilmiş oyun millimizin hücumçusu Bolinya üçün əlamətdar olub.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, o, millinin forması altında dünya çempionatlarında 10-cu qolunu vurub. 2016-cı ildən Azərbaycan millisinə cəlb edilən hücumçu 7 qolu həmin il Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində rəqib qapılarından keçirib.

Hazırkı seçmə mərhələdə isə hücumçu Moldova ilə görüşdə dubl edib, Monteneqronun qapısına isə bir dəfə yol tapıb.

Xəbər 828 dəfə oxundu.