Məryəm Qafarzadə Avropa Şurasında rəhbər vəzifəyə seçildi
Azərbaycan daim idmanda sağlam rəqabətin aparılması, idmançıların dopinq preparatlarından istifadəsinin qarşısının alınması, idmanın inkişafı məqsədi ilə yeni qanunların işlənib hazırlanması və bu kimi önəmli addımlarda ön sıralarda gedib.

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumdünya Antidopinq Agentliyinin iclasının Bakı şəhərində keçirilməsi və digər mühüm layihələr qeyd edilənlərin bariz nümunəsidir.

Məhz bu düzgün siyasətin nəticəsi olaraq, Gənclər və İdman nazirliyinin sektor müdiri Məryəm Qafarzadə oktyabrın 25-də Strasburqda Avropa Şurasında keçirilən Anti-Dopinq Konvesiyasının 51-ci Monitorinq Qrupunun iclasında iştirakçı 27 ölkənin səsverməsi nəticəsində, yekdilliklə həmin Konvensiyaya uyğunluq üzrə Məsləhət Qrupunun rəhbəri vəzifəsinə seçilib.

Avropa Şurasının Anti Dopinq Konvesiyasının üzv dövlətlərin Konvesiyaya uyğunluğunun müəyyən edilməsi, uyğunluğun monitorinqinin təmin edilməsi, nəticələrin Monitorig Komitəsinə təqdimatı, Konvensiyanın tətbiqində ölkələrə yardımın göstərilməsi Məryəm Qafarzadənin əsas iş istiqamətlərindən olacaq.

Məlumat üçün bildirək ki, Avropa Şurasının Anti Dopinq konvensiyasına 52 ölkə qoşulub.

Qeyd edək ki, M.Qafarzadə 8 il ərzində Avropa Şurasında Beynəlxalq layihələrin rəhbəri vəzifəsində çalışıb.

Xəbər 688 dəfə oxundu.