Yeniyetmə və gənc cüdoçular arasında Naxçıvan şəhər açıq birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında keçirilən cüdo üzrə açıq şəhər birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 2 yaş qrupunda 22 çəki dərəcəsi üzrə 120 idmançı iştirak edib.

Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Culfa rayonlarının və Heydər Əliyev adına Hərbi Liseyin idmançılarının da iştirak etdikləri açıq birinciliyin yekununa əsasən qızlar arasında Aylin Məmmədli, Aynur Əsgərli, Cənnət Əliyeva, Sənubər Qurbanova və Tərlan Cəfərli qalib adını qazanıblar.

14-16 yaşlı oğlan idmançılar arasında Orxan Niftəliyev, Tural Əsgərov, Yusif Həşimli, Ənvər Gülmalıyev, Emil Nəzərov, Turqay Məmmədov, Ramil Quliyev, Emil Quliyev, Ümid Şirəliyev fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. 12-13 yaşlıların yarışında isə Mirismayıl Seyidli, Qurban Məmmədli, Elşad Mirzəyev, Sami Səfərov, Elnur Əhmədli, Nihad Hətəmli, Tofiq Nəcəfov və Məhəmməd Məmmədli öz çəki dərəcələrində birinci yerlərə layiq görülüblər.

Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplom və medalları ilə təltif olunublar.

Xəbər 777 dəfə oxundu.