AMADA dopinqlə mübarizə sahəsində maarifləndirici seminarları davam etdirir
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqlə mübarizə sahəsində maarifləndirici seminarları davam etdirir.

Bu dəfə seminar qılıncoynatma ilə məşğul olan idmançılar üçün təşkil olunub.

Tədbir Azərbaycan Qılıncoynatma Federasiyası ilə əməkdaşlıq çərçivəsində baş tutub. Seminarda dinləyici qismində qılıncoynatma üzrə milli komandamızın üzvləri, məşqçilər heyəti və federasiya rəsmiləri iştirak ediblər.

AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva idmançılara dopinq nəzarəti prosesi, məkan məlumatlarının təqdim edilməsi, qadağan olunan preparatlar və başqa mövzularla bağlı ətraflı məlumat verib.

İnteraktiv şəkildə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Xəbər 602 dəfə oxundu.