“Yaponiya yığmasının inkişaf yolu bizə örnək olmalıdır”
“Birinci hissədə rəqib, fasilədən sonra isə biz sürətli oynadıq. Yaponiya futbolu son illər çox inkişaf edib”. İdman.com.az saytının məlumatına görə, bu sözü Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis bu gün Yaponiya yığması ilə səfərdə keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Foqts Şizuoka şəhərinin “Ekopa” stadionundakı 0:2 hesablı məğlubiyyətin səbəbini futbolçularımızın Azərbaycandan kənara oynamaması ilə izah edib:

“Bizdən fərqli olaraq, onların bir çox futbolçusu Avropa klublarında çıxış edir. Bu mənada, rəqibimizin heyətində yaxşı futbolçu çoxdur. Yaponiya yığmasının inkişaf yolu bizə örnək olmalıdır. Bundan sonrakı oyunlarda da onlara uğurlar arzulayıram. Bizim hədəfimiz 2016-cı ildə keçiriləcək Avropa çempionatı olduğu üçün heyətdə daha çox gənclərə yer verməyə çalışırıq”.

Xəbər 1079 dəfə oxundu.