Xəzər rayonunda məktəblilər arasında stolüstü-tennis üzrə yarış keçirilib
237 nömrəli tam orta məktəbin idman zalında məktəblilər arasında stolüstü tennis üzrə respublika çempionatının Xəzər rayon mərhələsi keçirilib.

Yarışda 181 nömrəli tam orta məktəbin komandası fəxri kürsünün ən yüksək piləsinə qalxıb. İkinci pillədə 230 nömrəli tam orta məktəbin şagirdləri, üçüncü yerdə isə 26 nömrəli tam orta məktəbin komandası qərarlaşıb.

Qeyd edək ki, yarış Gənclər və İdman, Təhsil nazirlikləri və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Xəbər 667 dəfə oxundu.