Lənkəran Olimpiya İdman Kompleksi
İstifadəyə verilmə tarixi: 15.10.2018

Lənkəran Olimpiya İdman Kompleksinin ümumi ərazisi altı hektardır.
Burada ağır atletika, trenajor, boks, Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun güləş zalı var. Bu zalda 90 tamaşaçı yeri var.
Kompleksdəki üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12 metrdir. Zalın 135 nəfərlik tribunası var.
Müasir standartlara cavab verən futbol meydançasının tamaşaçı tutumu isə 1300 nəfərlikdir. Burada həmçinin, mini-futbol, basketbol və voleybol meydançaları da fəaliyyət göstərir.
788 tamaşaçı yerlik universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür.
Kompleksin nəzdində üçmərtəbəli əlli üç yerlik mehmanxası var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 70 yerlik konfrans zalı mövcuddur.

Xəbər 1910 dəfə oxundu.