Azərbaycan badmintonçularının iştirak etdiyi “Algeria International 2019” turnirinə start verilib
Əlcəzairdə badminton üzrə “Algeria International 2019” turnirinə start verilib.

Turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər.

Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq badmintonçumuz E.Dviçayo ilk görüşünü belçikalı Elias Brackeyə qarşı keçirəcək. Digər idmançımız E.Qovımuramadhoni isə xorvatiyalı Zvonimir Durkinjakla üz-üzə gələcək.

Qeyd edək ki, turnirdə 36 kişi və 24 qadın badmintonçu iştirak edir.

Xəbər 1085 dəfə oxundu.