Millimiz Yaponiyaya uduzub
Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, «ay-ulduzlular»ı mız Yaponiya yığması ilə qarşılaşıb. Şizuoka şəhərində baş tutmuş səfər matçı millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Ekopa” stadionundakı qarşılaşmanın hər hissəsində 1 qol vuran asiyalılar millimizi ardıcıl 2-ci məğlubiyyətlə barışdırıb.

Belə ki, fevralın 29-da Fələstinlə Dubaydakı görüşdə 0:2 hesabı ilə uduzan yığmamız yenə Asiyada, yenə bu qitə təmsilçisinə və yenə eyni hesabla məğlub olub.
Ümumilikdə isə 2012-ci ildə 4-cü yoxlama oyununu keçirən millimiz bütün matçlarını bu qitədə oynayıb və asiyalılarla görüşlərdə 1 qələbə, 1 heç-heçə etməklə yanaşı, 2 dəfə yenilib.

Yaponiya - Azərbaycan - 2:0
Qol: Kaqava, 42; Okazaki, 58
Baş hakim: Əbdül Malik Əbdülbəşir (Sinqapur)
Baş hakimin köməkçiləri: Cefri Goh Gek Peng, Yeu Mung Tang (hər ikisi – Sinqapur)
Dördüncü hakim: Minoru Tojo (Yaponiya)
Hakim-inspektor: Keyt Hill (İngiltərə)
Şizuoka. “Ekopa” stadionu


Xəbər 944 dəfə oxundu.