Futbol üzrə Azərbaycan çempionatının doqquzuncu turunun oyunlarına hakim təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, üç günü əhatə edəcək tura oktyabrın 26-da “Bank Respublika Arena”da keçiriləcək “Sabah”–“Zirə” oyunu ilə start veriləcək. Saat 18:00-da başlayacaq görüşü Elçin Məsiyev idarə edəcək.

Həmin gün baş tutacaq “Keşlə”–“Qəbələ” matçının baş hakimi Rauf Cabbarov olacaq. Saat 16:00-da start götürəcək görüş “ASCO Arena”da oynanılacaq.

Oktyabrın 27-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununda baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matç saat 17:30-da başlayacaq.

Tura oktyabrın 28-də keçiriləcək “Qarabağ”-“Səbail” oyunu ilə yekun vurulacaq. Orxan Məmmədov idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Səkkiz turdan sonra turnir cədvəlinə 22 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 14 xal olan “Neftçi” ikinci, 12 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Səbail” (10), “Sumqayıt” (10), “Zirə” (8), “Qəbələ” (6) və “Sabah” (6) yer alıblar.

Xəbər 750 dəfə oxundu.