Azərbaycanın 8 cüdoçusu “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.

Yarışın birinci günündə 8 cüdoçumuz mübarizəyə başlayır. Kişi cüdoçulardan Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq) tatami üzərinə çıxacaqlar. Qadınların yarışında isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) güclərini sınayacaqlar.

Turnirdə 100-ə yaxın ölkədən 500-dən çox cüdoçu mübarizə aparır. Azərbaycan millisinin heyətində isə 15 idmançı mübarizəyə qatılacaq.

“Böyük dəbilqə” turniri oktyabrın 26-da yekunlaşacaq.

Xəbər 705 dəfə oxundu.