Əbu-Dabidə keçiriləcək “Böyük dəbilqə” turnirində Azərbaycanı 15 cüdoçu təmsil edəcək
Oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

Yarışda Azərbaycan millisinin heyətində 15 idmançı mübarizə aparacaq. Kişi cüdoçulardan Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) iştirak edəcəklər. Qadınların yarışında isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.

Turnirdə 100-ə yaxın ölkədən 500-dən çox cüdoçu mübarizə aparacaq. “Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.

Xəbər 753 dəfə oxundu.