Hazırlıq məkanı İstanbuldur
Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışının vaxtı məlum olub. İdman.com.az saytının məlumatına görə, komandamız iyunun 20-də bir araya gələcək.

Həmin gün yığmamız İstanbul şəhərinə yola düşəcək. Burada 15 günlük hazırlıq keçəcək basketbolçularımız 3-4 yoldaşlıq oyununda da güclərini yoxlayacaq.

Amerikalı legionerlərimiz istisna olmaqla, komandamızın digər üzvləri hamısı düşərgədə olacaqlar. Qeyd edək ki, təlim-məşq toplanışı Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Xəbər 1322 dəfə oxundu.