Yeniyetmə oğlan sablyaçılarımız komanda yarışında 9-cu olub
Yeniyetmə sablyaçılarımız Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “European Cadet Circuit” turnirində çıxış edib.

2003-2006 təvəllüdlü yeniyetmə sablyaçılar arasında keçirilən yarışda ümumilikdə 151 qılıncoynadan iştirak edib. Oğlanların şəxsi yarışında sablyaçılarımızdan Maqsud Hüseynli 19, Murad Əkbərov 29, Saleh Məmmədov isə yekun sıralamada 51-ci olub. Qız sablyaçıların şəxsi yarışında Zərifə Hüseynova 17, Sara Aydəmirova isə bu kateqoriya üzrə 70 iştirakçı arasında 47-ci olub. Sablyaçılarımızın hamısı qrup mərhələsini adlamağı bacarıb. Sara Aydəmirova və Saleh Məmmədov 1/16 finala yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar. Maqsud Hüseynli, Murad Əkbərov və Zərifə Hüseynova isə 1/8 finala yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzublar.Maqsud Hüseynli, Murad Əkbərov və Saleh Məmmədovdan ibarət trio oğlan sablyaçıların komanda yarışında rusiyalı həmyaşıdlarına 34:45 hesabı ilə uduzub. Oğlan sablyaçılarımız 17 komanda arasında 9-cu yeri tutub.

Turnirdə ölkəmizlə yanaşı, Rusiya, Avstriya, Belarus, Almaniya, Fransa və İsraili təmsil edən yeniyetmə oğlan və qız sablyaçılar iştirak edib.

Xəbər 709 dəfə oxundu.