İsgəndər Əsgərov İsrail-Finlandiya oyununa təyinat alıb
Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov növbəti təyinat alıb.

İ.Əsgərov Avropa çempionatının təsnifat mərhələsinin İsrail–Finlandiya görüşündə Avropa Həndol Federasiyanın nümayəndəsi olacaq.

Oktyabrın 23-də Təl-Əviv şəhərində keçiriləcək oyunu Adam Biro və Oliver Kissdən ibarət macarıstanlı hakimlər briqadası idarə edəcək.

Xəbər 1026 dəfə oxundu.