XIV Respublika spartakiadası çərçivəsində atletika yarışları keçirilib
Orta ixtisas təhsil müəssisələri arasında XIV Respublika spartakiadası çərçivəsində atletika yarışları keçirilib.

Respublika Olmpiya Mərkəzinin stadionunda keçirilən yarışda 8 komanda iştirak edib.

Yekun nəticəyə görə Bakı Dövlət Sosial-İqtisad Kollecinin komandası birinci yeri tutub. Azərbaycan Dövlət Pedaqoji Kolleci və Bakı Hümanitar Kollecinin idmançıları isə ilk üçlüyü tamamlayıblar.

Spartakiadanın təqvim planına 6 idman növü - atletika, şahmat, dama, basketbol, voleybol, stolüstü tennis daxildir.

Xəbər 663 dəfə oxundu.