Türkiyə Superliqasının VIII turuna yekun vurulub | |
Oktyabr 21-də futbol üzrə Türkiyə Superliqasının VIII turunun son oyununda “Yeni Malatyaspor” səfərdə “Konyaspor”un qonağı olub. “Konya Böyük Şəhər” stadionunda baş tutan görüş hər iki tərəfin maraqlı oyunu ilə yadda qalıb. Qarşılaşmanın 1-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Sərkan Kırıntılı qırmızı vərəqə alaraq meydandan qovulub. Cəmi 3 dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Güilherme komandasını hesabda irəli keçirib. Birinci hissə elə bu hesabla bitib. Malatya təmsilçisi bir daha matçın 52-ci dəqiqəsində fərqlənib. Robin Yalçın oyunda son nöqtəni qoyub. Beləliklə “Yeni Malatyaspor” səfərdə “Konyaspor”u 0:2 hesabı ilə məğlub edib. VIII turun son oyunundan sonra turnir cədvəlində “Alanyaspor” 17 xalla liderdir. “Trabzonspor” çempionatda 15 xalla ikinci, “Fənərbağça” isə 14 xalla üçüncü pillədə qərarlaşıb. |
|
Xəbər 656 dəfə oxundu. |
|
|