Xaçmazda keçirilən karate üzrə ölkə birinciliyində 300-ə yaxın idmançı mübarizə aparıb
Xaçmaz Olimpiya İdman Kompleksində karete üzrə uşaq və yeniyetmələr arasında ölkə birinciliyinin qalibləri müəyyənləşib.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası (AKFA) ilə birlikdə təşkil etdiyi birincilikdə 300-ə yaxın idmançı yarışıb.

Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş birincilikdə ölkənin bütün regionları təmsil olunub.

Yarışda yer qazanan kareteçilər kubok, medal və diplomlarla təltif ediliblər.

Qalib idmançılar gələn ay Serbiyada keçiriləcək dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Xəbər 812 dəfə oxundu.