“FIDE Grand Swiss 2019”: Şahmatçımız Nicat Abbasov 9-cu turu qələbə ilə başa vurub
Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin doqquzuncu turunun oyunları başa çatıb.

Şahmatçımız Nicat Abbasov Sanan Syuqirova (Rusiya) qalib gələrək xallarının sayını 5,5-ə çatdırıb. Digər təmsilçilərimiz Rauf Məmmədov Nils Grandelius (İsveç), Eltac Səfərli isə Qata Kamski (Rusiya) ilə heç-heçə edib. Vasif Durarbəyli Pentala Harikrişnaya (Hindistan) məğlub olub.

Doqquz turdan sonra R.Məmmədovun 5, E.Səfərlinin 4,5, V.Durarbəylinin 4 xalı var.

Xəbər 648 dəfə oxundu.