“Azərbaycan Yaponiyadan öyrənmək istəyir”
“Bizim komanda hələ gəncdir. Futbolçular yenicə başa çatan mövsümün yorğunluğunu çıxarmayıblar. Çünki çempionat başa çatan kimi bura gəldik”. İdman.com.az saytının məlumatına görə, bu sözü Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis bu gün Yaponiya ilə səfərdə keçiriləcək yoxlama görüşü ərəfəsində asiyalı jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, Yaponiya Futbol Assosiasiyasından təklif alan kimi dərhal razılıq veriblər:

“Yaponiya ötən əsrin 60-70-ci illərində rəqabətədavamlı komanda yaratmaq üçün səy göstərib, iş görürdü. Biz də indi həmin mərhələdəyik. Azərbaycan bir neçə ilə inkişaf etməyin yollarını Yaponiyadan öyrənmək istəyir və bunu etməlidir də. Ümid edirəm ki, qarşıdakı oyunda bu istiqamətdə daha 1 addım irəliləyəcəyik”.
Qeyd edək ki, bu gün keçiriləcək Yaponiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.

Xəbər 948 dəfə oxundu.