Azərbaycan badmintonçusu “Egypt International 2019” turnirində yarımfinala vəsiqə qazanıb
Oktyabrın 19-da Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Misirin paytaxtı Qahirədə keçirilən “Egypt International 2019” beynəlxalq turnirində yarımfinala vəsiqə qazanıb.

Mübarizəyə onaltıdabir final mərhələsindən başlayan E.Dviçayo ilk görüşünü portuqaliyalı Duarte Nuno Anjoya qarşı keçirib. Badmintonçumuz rəqibini məğlub edərək səkkizdəbir finala adlayıb. Bu mərhələdə idmançımız hindistanlı Dvur Ravatı 2:0 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib. Dörddəbir final mərhələsində belçikalı Maksim Morelsi mübarizədən kənarlaşdıran Dviçayo yarımfinalda Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə üz-üzə gələcək.

Digər badmintonçumuz Ezmi Qovımuramadhoni isə ilk görüşündə irlandiyalı Conatan Dolana 0:2 hesabı ilə uduzub.
Turnirdə 60 kişi və 49 qadın badmintonçu iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.

Xatırladaq ki, badmintonçumuz E.Dviçayo Azərbaycan idman tarixində ilk dəfə Olimpiya Oyunlarına lisenziya qazana bilər.


Xəbər 984 dəfə oxundu.