Xavi Vilyanın oynayacağına ümid edir
«Barselona»nın və ispan yığmasının 32 yaşlı yarımmüdafiəçisi Xavi komanda yoldaşı David Vİlyanın millinin Avro-2012 oyunlarınadək bərpa olunacağına ümid bəsləyir. İdman.com.az saytının məlumatına görə, İspaniya mətbuatına açıqlamasında yarımmüdafiəçi belə deyib:

«David İspaniya yığmasının çox təcrübəli və əhəmiyyətli oyunçusudur». O, heç nədən qol yarada və həlledici topu vura bilər. Çox istərdim ki, Davidin səhhəti qaydasına düşsün İspaniya yığmasının Avro-2012-dəki oyunlarında iştirak etsin. Hazırda o, intensiv bərpa kursu keçir. Bizə ancaq onun oynayacağına ümid etmək qalır.

Xəbər 1023 dəfə oxundu.