Qazaxda alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları başlayıb
Oktyabrın 19-da Qazax Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları start götürüb.

Turnirdə ölkənin 30-dan artıq komandasını təmsil edən bütün yaş qrupları üzrə 300-dən çox idmançı mübarizə aparır.

Alpaqutçular turnirdə aypara, batur, caymaz və qurşaq növlərində yarışırlar.

Turnirdə fərqlənən idmançılar diplom, medallar və kubokla mükafatlandırılacaqlar.


Xəbər 654 dəfə oxundu.