Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında beşinci turun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı ötən turda qələbə qazanıb. O, malayziyalı Amir Ghaazi Mohd Saprini məğlub edərək aktivinə 1 xal yazdırıb.

M.Muradlının beş turun yekununa görə cəmi 2 xalı var.
On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 726 dəfə oxundu.