Futbol klublarının nümayəndələri üçün Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib
Oktyabrın 18-də AFFA-nın inzibati binasında Lisenziyalaşdırma qrupunun futbol üzrə Premyer Liqa və l Divizionda çıxış edən klub nümayəndələri üçün 2020-2021-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

İclasda paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklər barədə məlumat verilib. Həmçinin ötən mövsümün icmalı təqdim olunub və Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirləri haqqında müzakirələr aparılıb.

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıblar.

Xəbər 744 dəfə oxundu.