“Tokio 2020” Olimpiadasının marafon və idman yerişi yarışları Sapporoda keçiriləcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sədri Tomas Bax bildirib ki, onun rəhbərlik etdiyi qurum və “Tokio 2020” Oyunlarının yaponiyalı təşkilatçıları arasında marafon və idman yerişi yarışlarının yerinin Tokiodan Hokkaydo adasına dəyişdirilməsi barədə razılıq əldə ediblər.

T.Bax bu barədə 206 ölkənin və ərazi vahidinin Olimpiya komitələri rəsmi nümayəndələrinin Qətərdə keçirilən iclası zamanı bildirib.

BOK sədri qeyd edib ki, “hər şeydən əvvəl idmançılar” prinsipini əsas götürən qurum yarışlar zamanı istilərlə mübarizə məqsədilə xüsusi qrup yaradıb.

T.Bax bildirib ki, BOK və “Tokio 2020” Olimpiya Oyunlarının təşkilat komitəsi idmançıların daha rahat şəraitdə yarışa bilməsini əsas götürərək iki idman növü üzrə oyunların Tokiodan 800 kilometr şimalda yerləşən Sapporoda keçirilməsi barədə qərar qəbul ediblər.

AZƏRTAC

Xəbər 720 dəfə oxundu.