Roy Hocsonun tələbləri
İngiltərə yığmasının baş məşqçisi Roy Hocson ölkə millisinin üzvlərinə əsas tələblərini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi britaniyalı həmkarlarımızla söhbətdə şərtlərini belə ifadə edib: «Mənim çox sadə tələblərim olacaq. Bu, yığmanın bütün üzvlərinə aid olacaq: onlar özlərini böyük adam kimi aparmalıdılar. Mən ancaq bunu tələb edəcəm.

Oyunçuların üzərinə ciddi məsuliyyət düşür. Onlar bunu başa düşməlidilər. Özünü böyük kimi aparmayanlara gələcəkdə ümid bəsləməyəcəm. Biz şəhərin mərkəzində yaşayacağıq. Hər yerdə insanlar onları tanıyacaqlar. Futbolçular özlərini layiqli aparmağı bacarmalıdılar. İndi hər kəsin əlində kameralı mobil telefonlar var və nəsə baş verərsə, bunun geniş ictimaiyyətə yayılması qaçılmaz olacaq».

Xəbər 1105 dəfə oxundu.