Misirdə badminton üzrə “Egypt International 2019” turniri davam edir
Misirin paytaxtı Qahirədə badminton üzrə “Egypt International 2019” turniri davam edir.

Turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər.

Badmintonçularımız mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaqlar. E.Dviçayo ilk görüşünü portuqaliyalı Duarte Nuno Anjoya qarşı keçirəcək. E.Qovımuramadhoni isə irlandiyalı Conatan Dolanla qarşılaşacaq.

Turnirdə 60 kişi və 49 qadın badmintonçu iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.

Xatırladaq ki, badmintonçumuz E.Dviçayo Azərbaycan idman tarixində ilk dəfə Olimpiya Oyunlarına lisenziya qazana bilər.

Xəbər 1009 dəfə oxundu.