Slovakiya–Azərbaycan oyununun stadionu dəyişdirilib
Futbol üzrə “Avro 2020”nin seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Slovakiya–Azərbaycan oyununun stadionu dəyişdirilib.

UEFA-dan AFFA-ya daxil olmuş məlumatda oyunun Trnava şəhərindəki Antona Malatinskeho stadionunda keçiriləcəyi qeyd olunub.

Slovakiya–Azərbaycan oyunu noyabrın 19-da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 752 dəfə oxundu.