“FIDE Grand Swiss 2019”: Şahmatçılarımızdan 1 qələbə, 3 heç-heçə...
Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunu şahmatçılarımızdan biri qələbə, üçü heç-heçə ilə başa vurub.

Şahmatçılarımız Rauf Məmmədov Anton Korobov (Ukrayna), Nicat Abbasov İvan Sariç (Xorvatiya), Eltac Səfərli Samuel Sevianla (ABŞ) qarşılaşmaları heç-heçə başa vurublar. Digər təmsilçimiz Vasif Durarbəyli Marie Sebaq (Fransa) üzərində qələbə qazanıb.

Qeyd edək ki, yeddi turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4, E.Səfərli 3,5, V.Durarbəyli isə 3 xal qazanıb. Yarış oktyabrın 21-dək davam edəcək.

Xəbər 647 dəfə oxundu.