Sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirirlər
Sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, oktyabrın 10-da bu ölkənin paytaxtı Mahaçqalada startı verilən təlim-məşq toplanışı 23 yaşadək güləşçilərin dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Oktyabrın 23-dək davam edəcək hazırlıq prosesində yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında müvafiq komandamız yerli güləşçilərlə birgə toplanış keçir.

Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Xəbər 717 dəfə oxundu.