Binəqədi rayonunda məktəblilər arasında futbol birinciliyi təşkil olunub
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azfar Group” şirkətinin Binəqədi Gənclər Evi Stadionunda 2007-2008-ci il təvəllüdlü rayon məktəbliləri arasında futbol birinciliyi keçirilib.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, yarışda 126 nömrəli tam orta məktəbin komandası yarışın qalibi olub. 102 nömrəli tam orta məktəbin şagirdləri yarışı ikinci, 179 nömrəli tam orta məktəbin kollektivi isə üçüncü pillədə başa vurublar.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, aparıcı məsləhətçi Rafiq Nəsirov, idman müəllimləri iştirak ediblər.

Xəbər 697 dəfə oxundu.