Futbol üzrə “Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılacaq
Oktyabrın 18-də futbol üzrə “Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, püşkatma mərasimi 4 şəhərdə təşkil olunacaq. Belə ki, tədbir Bakıda AFFA Futbol Akademiyasında, Mingəçevirdə Gənclər evində, Ağsuda şəhər stadionunda, Lənkəranda isə Olimpiya və İdman Kompleksində keçiriləcək.

Xəbər 691 dəfə oxundu.