AFFA-nın baş katibinin müavini UEFA tərəfindən yeni təyinat alıb
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.

O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya) oyununun UEFA nümayəndəsi olacaq.

Matç oktyabrın 24-də Trabzon şəhərindəki Şenol Güneş Spor Kompleksində keçiriləcək.

Xəbər 687 dəfə oxundu.